![](/uploads/img/posts/2024/02/07/7978a1a6-fa58-3c1f-b8f0-04749bdfc52c_850jpg-1707292995.jpg)
UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Portuqaliya təmsilçisi “Braqa” ilə Azərbaycan çempionu “Qarabağ” arasında keçiriləcək ilk oyunun biletləri bu gün satışa çıxarılıb.
Biletlərin qiyməti sektorlardan asılı olaraq 3,5-40 avro aralığında dəyişir.
Qeyd edək ki, "Braqa" - "Qarabağ" matçı fevralın 15-də "Braga Municipial" stadionunda Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Tərəflər arasında cavab görüşü isə fevralın 22-də Bakıda baş tutacaq.
.