UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda Almaniyanın "Bayer 04" klubuna 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandıran "Qarabağ" Vətənə qayıdıb.
Azərbaycan çempionunu Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlər, azarkeşlər və futbol ictimaiyyətinin nümayəndələri qarşılayıblar.
Qeyd edək ki, Qurban Qurbanovun komandası martın 7-də Bakıda keçirilən ilk oyunda rəqibi ilə heç-heçə (2:2) etmişdi. Leverkuzendə baş tutan qarşılaşmada 3:2 hesabı ilə qalib gələn "Bayer 04" UEFA Avropa Liqasının 1/4 finalına vəsiqə qazanıb.
.