AVRO-2020-nin final matçının Londondan alınması xəbərinə UEFA münasibət bildirib.
Qitə futbol qurumu bu dəyişikliyi istisna etməyib.
Lakin UEFA rəsmi açıqlamasında həlledici qarşılaşmanın “Uembli” stadionunda baş tutacağına inanır: “Həmişə bir fövqəladə planımız var. Amma turnirin son həftəsinin Londonda keçiriləcəyinə əminik”.
Qeyd edək ki, iyulun 11-də baş tutacaq Avropa çempionatının final görüşünün Londondan Budapeştə keçirilməsi iddiası ortaya atılıb.
.