UEFA, Asiya Futbol Konfederasiyası (AFC) və Şimali, Mərkəzi Amerika və Karib hövzəsi Futbol Konfederasiyası (CONCACAF) FIFA rəhbərliyinə birgə məktub göndərib.

Məktubda futbolun idarə olunmasında şəffaflıq, etimad və düzgün idarəçilik prinsiplərinə əməl olunmasına çağırış edilib.

Bildirilib ki, son 10 ildə futbolun inkişafı hər hansı bir şəxsin deyil, FIFA, konfederasiyalar, milli assosiasiyalar və minlərlə futbol əməkdaşının birgə səylərinin nəticəsidir. Onlar genişləndirilmiş turnirlərin keçirilməsi, 2030 və 2034-cü illər dünya çempionatlarının ev sahiblərinin müəyyənləşdirilməsi və milli assosiasiyalara ayrılan resursları kollektiv qərarların nəticəsi kimi qiymətləndiriblər.

Məktubda vurğulanıb ki, məsələ maliyyə ilə bağlı deyil. Konfederasiyalar FIFA-nın mövcud böyük maliyyə ehtiyatlarının milli assosiasiyaların inkişafına daha məsuliyyətli şəkildə yönəldilməsini dəstəklədiklərini bildiriblər.

Əsas narazılıq isə FIFA Dünya Kuboku ilə bağlı kommersiya marağının satılması təklifinin hazırlanması və təqdim edilməsi prosesi ilə əlaqələndirilib. UEFA, AFC və CONCACAF hesab edir ki, belə bir təklif milli assosiasiyalarla lazımi məsləhətləşmələr aparılmadan, qısa müddət ərzində və onların sənədləri tam nəzərdən keçirməsinə imkan verməyən vaxt çərçivəsində irəli sürülüb.

“Bu, sadəcə olaraq ünsiyyətdə yol verilmiş səhv deyil, nəzarəti məhdudlaşdırmaq məqsədi daşıyan yanaşmanın nəticəsidir”, – məktubda q

.