Ucarda zəncirvari qəza olub, xəsarət alanlar var.

Hadisə gündüz saatlarında rayonun H. Əliyev prospektində baş verib.

Prospektdə hərəkətdə olan "VAZ- 2106", "VAZ- 2107" və "FORD" markalı avtomobillərin toqquşması nəticəsində Ucar rayon sakinləri- 1979- cu il təvəllüdlü Gülbəniz Eldar qızı Seyfullayeva, bacısı, 1972-ci il təvəllüdlü Aybəniz Eldar qızı Məmmədova, 1998- ci il təvəllüdlü Hüseyin Bəxtiyar oğlu Xəlilov və Göyçay rayon sakini, 1964- ci il təvəllüdlü İntizam Kərim oğlu İsmayılov müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Fakt araşdırılır.


 

.