BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə Üçüncü Konfransı çərçivəsində Xəzəryanı dövlətlərin hökumət rəsmiləri səviyyəsində iclası keçirilib.

Görüşdə Xəzər dənizinin dayazlaşmasının mənfi təsirlərini azaltmaq üçün birgə fəaliyyətin əsas istiqamətləri müzakirə olunub.

İclasda çıxış edən Baş nazirin müavini Şahin Mustafayev Xəzəryanı dövlətlər arasında ticarət dövriyyəsinin dayanıqlı artım dinamikasını qeyd edərək, bunun həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlığın dərinləşməsi üçün möhkəm zəmin yaratdığını bildirdi.

Baş nazirin müavini cari ilin fevralında Tehranda keçirilmiş III Xəzər İqtisadi Forumunun ticarət və qarşılıqlı investisiya həcmlərinin genişlənməsi, enerji və nəqliyyat-logistika sahələrində əməkdaşlığın dərinləşdirilməsi baxımından əhəmiyyətli olduğunu qeyd etdi.

Çıxışında ekoloji çağırışlara da toxunaraq qeyd etdi, su səviyyəsinin aşağı düşməsi bütün regionda narahatlıq doğurduğunu, bu problemin hələ 2022-ci il Aşqabad Sammitində Azərbaycan Prezidenti tərəfindən qaldırıldığını və Bakıda beştərəfli ekspert qrupunun ilk toplantısının təşkilinə hazırlıqların davam etdiyini vurğuladı.

Əlavə olaraq, tədbirdə Xəzər dənizinin ekosistemində baş verən dəyişikliklərin sosial-iqtisadi və ekoloji aspektləri geniş şəkildə müzakirə olunub. Su səviyyəsindəki dəyişikliklərin sahilyanı ərazilərdəki həyat şəraitinə və regional inkişaf proseslərinə mümkün təsirləri diqqət mərkəzində olub.

Baş nazirin müavini Şahin Mustafayev qeyd etdi ki, səviyyə dəyişikliklərinin mənfi təsirlərinin minimuma endirilməsi üçün elmi-tədqiqat əməkdaşlığının genişləndirilməsi, balıqçılığın, gəmiçiliyin və biomüxtəlifliyin qorunması sahəsində birgə proqramların həyata keçirilməsi zəruridir.

İclas zamanı Xəzər dənizində baş verən dəyişikliklərin öyrənilməsi üçün ümumi standartlar və yanaşmalar formalaşdırmağa imkan verəcək çoxtərəfli qarşılıqlı fəaliyyət mexanizminin işə salınması təşəbbüsü irəli sürülüb.

Bakıda Xəzərin dayazlaşması ilə bağlı ekspert qrupunun ilk toplantısı keçiriləcək

Bakıda Xəzərin dayazlaşması ilə bağlı ekspert qrupunun ilk toplantısı keçiriləcək.

Bunu BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə Üçüncü Konfransı çərçivəsində Xəzəryanı dövlətlərin hökumət rəsmiləri səviyyəsində keçirilən iclasında Baş nazirin müavini Şahin Mustafayev deyib.

O, çıxışında ekoloji çağırışlara da toxunaraq qeyd edib, su səviyyəsinin aşağı düşməsi bütün regionda narahatlıq doğurduğunu, bu problemin hələ 2022-ci il Aşqabad Sammitində Azərbaycan Prezidenti tərəfindən qaldırıldığını və Bakıda beştərəfli ekspert qrupunun ilk toplantısının təşkilinə hazırlıqların davam etdiyini vurğulayıb.

.