
Türkiyənin Almadağ qəsəbəsində yerləşən raket və partlayıcı zavodunda partlayış olub.
Yenizaman bu barədə Türkiyə KİV-nə istinadən xəbər verir.
Qeyd edilib ki, partlayış səhər saatlarında fabrikdəki yanğından sonra baş verib. Partlayış nəticəsində xəsarət alanların olduğu bildirilib.
Partlayışın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.
.