Türkiyənin məşhur ifaçısı İrem Dericinin sosial mediadakı paylaşımı hər kəs tərəfindən heyranlıqla qarşılanıb.

Bu barədə “Haber Global” xəbər yayıb.

Bildirilir ki, Antalyanın Kalkan bölgəsində yay tətilinə yollanan İ.Derici qara bikini ilə çəkdirdiyi selfisini özünün “Instagram” hesabında paylaşıb.

Paylaşım türkiyəli məşhurların da diqqətini çəkib. Belə ki, musiqiçinin həmkarı Demet Akalın şəklə “yandırıb yaxırsan” şərhini yazıb.

 

 

.