Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində 20 yaşayış binası dağılıb.

Trend-in məlumatına görə, həmçinin Egey dənizində suyun səviyyəsi qalxıb və ətraf əraziləri su basıb.

X X X

16:32

Türkiyədə 6,6 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar İstanbulda, İzmirin Seferihisar rayonunda, həmçinin, Ege və Mərmərə bölgəsində hiss olunub.

“HaberGlobal”ın məlumatına görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) xəbər yayıb.

Dağıntılar var, qurbanlar barədə hələ məlumat verilməyib.

 

 

.