Türkiyənin iş dünyasında sərvət reytinqləri hər il böyük maraqla izlənilir.
"Forbes" jurnalının Türkiyənin milyarderlərinin 2026-cı il üzrə siyahısı dərc edilib və ölkənin ən varlı iş adamlarının reytinqi yenilənib.
Bu barədə "Haber Global" xəbər verir.
Siyahıya 5,3 milyard dollarlıq sərvəti ilə Murat Ülker başçılıq edib.
2026-cı ilin siyahısında ən diqqətçəkən dəyişiklik isə "Baykar Technology" şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktarın 2,7 dollarlıq sərvəti ilə ilk 10-luğa daxil olması olub.
Beləliklə, sıralama aşağıdakı kimidir:
Murat Ülker - 5,3 milyard dollar

Şaban Cemil Kazancı - 5,1 milyard dollar

Erman Ilıcak - 3,7 milyard dollar

Feridun Geçgel - 3,4 milyard dollar

Ferit Faik Şahenk - 3,1 milyard dollar

Semahat Sevim Arsel - 3,1 milyard dollar

Filiz Şahenk - 2,9 milyard dollar

Mustafa Rahmi Koç - 2,7 milyard dollar

Selcuk Bayraktar - 2,7 milyard dollar

Mehmet Sinan Tara - 2,6 milyard dollar

