“Azərbaycan tərəfi Naxçıvan dəhlizi ilə bağlı iş aparır”.

“Anadolu” agentliyi verdiyi xəbərə görə, bunu Türkiyǝnin nǝqliyyat vǝ infrastruktur naziri Adil Karaismailoğlu deyib.

O, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin inşası və “Marmaray” layihəsinin buraya inteqrasiya edilməsi ilə Pekindən Londona qədər fasiləsiz “Dəmir İpək Yolu”nun meydana çıxdığını vurğulayıb.

Nazirin sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə əlaqədar Gürcüstan-Azərbaycan-Rusiya-Qazaxıstan-Xəzər dənizi istiqamətində aktiv bir hərəkətlilik başlayıb.

A. Karaismailoğlu İranla Türkiyə arasında dəmir yolunda əhəmiyyətli irəliləyişin olduğunu da qeyd edib.

.