İtaliyanın "İnter" klubunun futbolçusu Hakan Çalhanoğlu dörd həmyerlisinin nailiyyətini təkrarlayıb.

29 yaşlı yarımmüdafiəçi buna komandası ilə birlikdə UEFA Çempionlar Liqasında finala yüksəlməklə yiyələnib.

Çalhanoğlu daha əvvəl Türkiyə millisinin formasını geyinən və qitənin bir nömrəli klub turnirində finala yüksələn beşinci oyunçudur.

Daha əvvəl 2001/2022 mövsümündə Almaniyanın "Bayer" (Leverkuzen) klubu ilə Yıldıray Baştürk, "Bavariya" ilə Hamit Altıntop, Dortmund "Borussiya"sı ilə Nuri Şahin və İspaniyanın "Atletiko" (Madrid) komandası ilə Arda Turan həlledici görüşdə iştirak hüququ əldə ediblər.

Onlar həlledici qarşılaşmada müvafiq olaraq İspaniya "Real Madrid"inə (1:2), İtaliya "İnter"inə (0:2), "Bavariya"ya (1:2) və "Real Madrid"ə (əlavə vaxtda 1:1) yeniliblər.

Qeyd edək ki, "İnter" yarımfinalda ölkənin digər təmsilçisi "Milan"ı məğlub edib - 1:0;2:0. “Neradzurra” iyunun 10-da Türkiyənin İstanbul şəhərində baş tutacaq finalda "Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İngiltərə) (ilk oyun 1:1) cütünün qalibi ilə üz-üzə gələcək.

.