Türkiyənin Kahramanmaraş şəhərində baş verən güclü zəlzələ nəticəsində yer qabığında 7 m 30 sm-ə qədər dəyişiklik olub.
Bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) nümayəndəsi Orhan Tatar açıqlayıb.
Məlumata görə, fevralın 6-sı baş verən dağıdıcı zəlzələlərdən sonra 3858 afterşok qeydə alınıb.
.
