Türkiyənin Bartin bölgəsində oktyabrın 14-də kömür mədənində partlayışda ölənlərin sayı 40-a çatıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
***
"Mədəndə metan qazının yayılması partlayışla nəticələnib".
“TRT Haber” xəbər verib ki, bu barədə enerji və təbii sərvətlər nazirliyi Fatih Dönməz jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, havanın müəyyən miqdarda metan qazı ilə qarışığı partlayış effekti yaradır:
"Əvvəlcə zəhərli maddə yaranır. Həmin maddə müəyyən bir sıxlığa çatdıqda isə partlayıcıya çevrilir”.
Nazirin sözlərinə görə, partlayış üçün minimum 12 faiz oksigen tələb olunur.
Qeyd edək ki,Türkiyənin Bartin vilayətində kömür mədənində qəza nəticəsində 28 nəfər ölüb.
Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Tvitterdə bildirib.
Nazir qeyd edib ki, 11 yaralının müalicəsi davam edir.
.
