Türkiyədə ağır yol qəzası olub.
Bu barədə “Haber Global” xəbər verir.
Məlumata görə, hadisə Kocaeli əyalətində qeydə alınıb. İzmit rayonunda xarici turistləri daşıyan iki mikroavtobus köprünün üzərində toqquşub. Qəza zamanı 8-i Küveyt, 3-ü Türkiyə vətəndaşı olmaqla 11 nəfər xəsarət alıb.
Hadisə yerinə təcili yardım və polis əməkdaşları cəlb olunub, yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
.
