Türkiyənin 4 vilayətində terrorçulara qarşı "BOZDOĞAN-19" əməliyyatı keçirilib.

Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya sosial şəbəkə hesabında məlumat verib.

Nazirin sözlərinə görə, əməliyyat Şırnak, Diyarbəkir, Siirt ve Hakkaridə keçirilib.

 

Terrorçuların mağara və sığınacaqlarda gizlətdikləri müxtəlif növ silah, sursat və partlayıcı maddələrin zərərsizləşdirilməsinə yönələn əməliyyatda 22 terror hədəfi məhv edildiyi bildirilib.

.