Türkiyədə yağan güclü yağışlar təbii fəlakətə səbəb olub.

DHA-nın məlumatına görə, Giresun vilayətində sel baş verib.

Təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb, Həmçinin 6 nəfərin itkin düşdüyü bildirilir.

Daxili İşlər Naziri Süleyman Soylu isə təbii fəlakətdən sonra keçirdiyi toplantıda ümumilikdə 5-i xilasedici olmaqla 12 nəfərin seldə itkin düşdüyü barədə məlumat verib. 

.