“Təəssüf ki, Muğlanın Datça rayonunda meşə yanğını davam edir. İndiyədək hadisədən 19 nəfər xəsarət alıb”.

Bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir deyib ki, 9 nəfərin müalicəsi hələ də davam edir, 9 nəfər evə buraxılıb, 1 nəfərin isə müalicəyə ehtiyacı olmayıb:

“84 səhiyyə işçimiz, 18 təcili yardım maşını, 9 səyyar briqada növbətçilik edir”, - səhiyyə naziri əlavə edib.

.