Türkiyədə məktəbə silahlı hücum edən 8-ci sinif şagirdi özünü öldürüb.
NTV-nin xəbərinə görə, hücumu törədən şəxsin atası keçmiş polis əməkdaşı olub.
O, atasına məxsus silahlarla iki sinif otağına atəş açıb.
***
15:40
Türkiyədə məktəbə silahlı hücum nəticəsində 4 nəfər ölüb.
NTV-nin xəbərinə görə, bu barədə Kahramanmaraş valisi bildirib.
Onun sözlərinə görə, ölənlərdən biri müəllim, üçü şagirddir.
Silahlı hücumu 8-ci sinif şagirdinin törətdiyi qeyd olunub.
Hadisə nəticəsində yaralananların sayı 20-yə çatıb.
.
