Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı Rusiya istehsalı “Sputnik V” peyvəndinin istifadəsinə icazə verilib.

Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca "Twitter"də bildirib.

“Türkiyə Dərman və Tibbi Ləvazimat Təşkilatı apardığı araşdırmaların nəticəsinə əsasən, “Sputnik V” peyvəndinin istifadəsinə icazə verib. İki ölkə üçün xeyirli olsun. Beləliklə üçüncü peyvənd olaraq “Sputnik V” ölkəmizdə istifadə olunacaq”,  - deyə türkiyəli nazir qeyd edib.

.