Türkiyənin şərqindəki Van əyalətində təhlükəsizlik xidmətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində azı 7 nəfər ölüb.

 “NTV” telekanalı xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər naziri Süleyman Soylu bildirib.

Qəzanın yerli vaxtla saat 03:00 radələrində baş verdiyi deyilir. Təyyarə kəşfiyyat və müşahidə missiyası həyata keçirirmiş. Ölənlər arasında iki pilot da var.

.