Türkiyə aprelin 18-dən kərə yağı və qaymağın ixracına məhdudiyyət tətbiq edəcək.

Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi bu addımın kərə yağı və qaymaqda gələcəkdə yarana biləcək qıtlığın aradan qaldırılması üçün atıldığını bildirib.

Nazirlik bu qərarın qarşıdan gələn turizm mövsümündə ərzaq təhlükəsizliyində problemlərin qarşısını almaq üçün verildiyini bildirib.

Məhdudiyyətin nə vaxt aradan qaldırılacağı isə məlum deyil.

.