Türkiyədə 168 miqrant qaçaqmalçısı həbs olunub.
Bununla bağlı Türkiyənin Daxili işlər naziri Ali Yerlikaya öz sosial media hesabında paylaşım edib.
Türkiyə Jandarma Baş komandanlığı tərəfindən miqrant qaçaqmalçılığına qarşı əməliyyat keçirilib. Əməliyyat zamanı 280 miqrant qaçaqmalçısı saxlanılıb. Onlardan 168-i həbs olunub, 112-si haqqında məhkəmə nəzarəti qərarı verilib. Qanunsuz köçlə mübarizəmiz fasiləsiz davam edəcək",- deyə paylaşımda bildirilib.
.
