Türkiyədə oktyabrın 16-da baş vermiş güclü zəlzələ nəticəsində zərərçəkmişlərin sayı 249 nəfərə çatıb.
Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.
O bildirib ki, Malatyada 55, Elazığda 111, Şanlıurfada 37, Diyarbakırda 19, Adıyamanda 18, Erzincanda 6 və Kahramanmaraşta 3 nəfər təbii fəlakətdən zərər çəkib. Onlardan 11-nin müalicəsi davam edir.
Qeyd edək ki, Türkiyədə oktyabrın 16-da 5.9 maqnitudalı zəlzələ olub. Hadisə nəticəsində Türkiyənin iki vilayətində 550-dən çox binaya ziyan dəyib.
.