Türkiyənin Zonquldağ şəhərində daş kömür mədəninin bir hissəsinin çökməsi nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Bunu Zonquldağ valisi Osman Hacbektaşoğlu bildirib.

Onun sözlərinə görə, hadisə baş verən zaman mədəndə 280 nəfər olub.

Hadisə yerində 75 nəfərdən ibarət axtarış-xilasetmə qrupu fəaliyyət göstərir. Əraziyə polis əməkdaşları, tibbi heyət, AFAD və Türkiyə Daşkömür Qurumunun (TDQ) nümayəndələri cəlb edilib.

Armutçuk müəssisəsinə məxsus mədənnin çökməsinin səbəbi hələ ki məlum deyil.

.