Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi brifinqdə bildirib.

O, zəlzələnin 1939-cu ildə Ərzincanda baş vermiş zəlzələdən sonra ən güclü zəlzələ olduğunu qeyd edib.

Ərdoğan əlavə edib ki, zəlzələnin fəsadlarının aradan qaldırılmasına 9000 axtarış-xilasedici cəlb edilib.

Ərdoğan: NATO və Aİ-dən olan 45 ölkənin yardım təklifləri var

“NATO və Avropa İttifaqından olan 45 ölkənin yardım təklifləri var”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O qeyd edib ki, beynəlxalq yardımlar üçün müraciətlərə baxılır.

Qeyd edək ki, Türkiyədə zəlzələ nəticəsində 912 nəfər həyatını itirib, 5 385 nəfər yaralanıb.

.