Türkiyənin Amasya şəhərinin Merzifon rayonunda sərnişin avtobusu aşıb.

Yenizaman Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb.

Bildirilir ki, qəzada 30 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

 

Qəzaya səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.

.