Türkiyənin Kahramanmaraş şəhərində 2 sərnişin avtobusu toqquşub.

Hadisə nəticəsində 9 nəfər yaralanıb. Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Məlumata görə, xəsarət alanlardan 1-i sürücü, 8-i sərnişinlərdir. Yaralıların sayının artacağı istisna edilmir.

 

Qeyd edək ki, bu gün Türkiyənin Amasya şəhərinin Merzifon rayonunda sərnişin avtobusu aşıb. Hadisə nəticəsində 6 nəfər ölüb, 35 nəfər yaralanıb.

.