Türkiyə Xarici İşlər Nazirliyi (XİN) "3+3" platformasının İstanbuldakı iclası ilə bağlı açıqlama yayıb.
Türkiyə XİN-i xəbər verir ki, açıqlamada bildirilib ki, "3+3" Cənubi Qafqaz Regional Əməkdaşlıq Platformasının üçüncü iclası 18 oktyabr 2024-cü il tarixində İstanbulda keçiriləcək.
“Cənab nazirimizin ev sahibliyi çərçivəsində keçiriləcək iclasa Azərbaycan, Ermənistan, İran və Rusiya xarici işlər nazirləri qatılacaq”, - açıqlamada deyilir.
.