Türkiyə Rusiyanın Kabil şəhərindəki səfirliyinə edilən terror hücumunu şiddətlə qınayıb.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

“Rusiya və əfqan xalqlarına başsağlığı verir, yaralıların tezliklə sağalmasını diləyirik”, - məlumatda bildirilib.

Qeyd edək ki, bu gün Rusiya Federasiyasının Kabil şəhərindəki səfirliyinə edilən terror hücumu nəticəsində 2 rus diplomatı, habelə əfqan vətəndaşları həlak olub.

.