“Ermənistanla normallaşma prosesini Azərbaycan dəstəkləyir”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, Azərbaycana son səfərində də Prezident İlham Əliyev normallaşma prosesini dəstəklədiyini bildirib.

“Biz bütün addımlarımızı Azərbaycanla müzakirə edirik. Savaş bitəndən sonra mühüm addımlar atılmalıdır. Ermənistan da bizimlə eyni fikirdə olsa, onlarla razılaşmalar mümkündür. Xüsusi nümayəndələrimiz var. Onlar iki dəfə görüşüblər, mütəmadi olaraq telefonla danışırlar. Aviareyslər açılıb, ticarətdə bəzi addımlar atılır. Bizim etdiyimiz jestlər var. Dəmir və avtomobil yolları ilə bağlı çalışmalar var. Siyasi təmaslarımız davam edir”, - Çavuşoğlu qeyd edib.

Çavuşoğlu: “Antalyada Azərbaycan və Ermənistan XİN rəhbərlərini görüşdürməyi çox istəyirdim”

Mənim iştirakımla Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Antalyada bir araya gəlməsini çox istəyirdim, amma bu olmadı.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, bir gündə hər şeyin normallaşması mümkün deyil.

“Bölgədə vacib addımlar atılmalıdır. Bu addımların atılması üçün biz əlimizdən gələni etməyə davam edəcəyik”, nazir vurğulayıb.

.