Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ceyhun Bayramovu Xarici İşlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

Bu barədə Türkiyə XİN başçısı “Twitter”də paylaşım edib.

“Azərbaycanın yeni Xarici İşlər naziri Ceyhun Bayramovu təbrik edirəm, ona vəzifəsində uğurlar arzulayıram. “Bir millət, iki dövlət” anlayışı ilə çalışmağa davam edəcəyik”, - deyə M. Çavuşoğlu qeyd edib. 

Xatırladaq ki, C. Bayramov bu gün Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Təhsil naziri vəzifəsindən azad olunaraq Xarici İşlər naziri təyin edilib.

.