Azərbaycan və Ermənistanın sülh prosesində nümayiş etdirdiyi iradə bölgə üçün önəmli hesab edilir.

Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu görüşü çərçivəsində baş tutan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, iki ölkə arasında sülh prosesini Türkiyə dəstəkləyir.

Nazir əlavə edib ki, Cənubi Qafqazda sülh gücləndikcə ölkələrarası əlaqələr daha da güclənəcək.

.