Türkiyə vətəndaşı olan 2 yaşlı körpə xəstəxanaya aparılarkən Hacıqabul rayonu ərazisində ölüb.

Türkiyədə yaşayan Aynur və İlham Rəhimoğlu Saatlı rayonunun Orta Muğan kəndində 2 yaşlı körpəsi ilə toy mərasiminə gəliblər. Bu ərəfədə onların övladı Türkiyə vətəndaşı olan 2022-ci il təvəllüdlü Rəhimoğlu Damla İlham qızının vəziyyəti pisləşib. Əvvəlcə, uşaq Sabirabadda özəl klinikaya aparılıb. Ardınca, Şirvan xəstəxanasına müraciət edilib. Daha sonra uşaq Bakı şəhərinə aparılarkən Hacıqabul rayonu Nəvahi kəndi ərazisində vəfat edib və uşağın həkiməqədər ölümü qeydə alınıb.

Ekspertizanın nəticələrindən sonra uşağın hansı səbəbdən öldüyü müəyyən ediləcək.

Körpə bu gün Saatlının Orta Muğan kəndində dəfn edilib.

.