15 sentyabr Bakının Qafqaz İslam Ordusu tərəfindən isğaldan azad olunmasının 102-ci ildönümü ilə bağlı Bakıdakı Türk Şəhidliyində "Çələng Qoyma Mərasimi" keçirilib.

Mərasimdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özaral və Azərbaycan rəsmiləri iştirak edib.

E.Özoral deyib ki, 15 sentyabrda Bakının işğaldan azad edilməsi ilə qazanılan bu zəfər tək bugünkü Azərbaycanın yolunu açmayıb, eyni zamanda Azərbaycan və Türkiyə üzərində qurulmaq istənilən oyunların sonunu gətirib: “Türkiyə və Azərbaycan olaraq bu gün ətrafımızdakı atəş həlqəsinə qarşı eyni əzm və iradə ilə mübarizə aparmaqda qərarlıyıq. Hər zaman olduğu kimi bundan sonra da “iki dövlət, bir millət şüarı” ilə irəliləyəyərək gələcəyimizi birlikdə qurmaq istiqamətində bizlər Ən öqnəmli olmağa davam edəcəksiniz. Bakının Qafqaz İslam Ordusu və Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsinin 102-ci ildönümündə Nuru paşanı, hər bir əsgəri, Azərbaycan ordusunun hər bir nəfərini minnət və sayqı ilə anıram”.

.