Türkiyə və Almaniyanın xarici işlər nazirləri Hakan Fidan və Annalena Berbok Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarına gələcək yardımı müzakirə ediblər.

Bu barədə Almaniya Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki hesabında məlumat verilib.

“Türkiyə Almaniyanın yaxın tərəfdaşı və müttəfiqidir. Xarici işlər naziri Annalena Berbok türkiyəli həmkarı Hakan Fidan ilə ikitərəfli əlaqələri, o cümlədən NATO çərçivəsində əməkdaşlığı müzakirə ediblər. Bundan əlavə, Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına gələcək dəstək müzakirə olunub”, - paylaşımda qeyd olunub.

.