Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tamhüquqlu üzvü olmaq niyyətindədir.

Yenizaman “Kommersant”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda NATO sammitinin yekunlarına dair mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, hazırda ŞƏT-də müşahidəçi statusuna malik olan Türkiyənin məqsədi təşkilatda tamhüquqlu üzv olmaqdır. 

Bununla belə, o, ölkəsinin sözügedən təşkilata qoşulması ilə bağlı hansısa tarix açıqlamayıb.

Xatırladaq ki, Ərdoğan iyulun 3-4-də ŞƏT-in Astanada keçirilən sammitində iştirak edib.

Onu da qeyd edək ki, hazırda Hindistan, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan, Özbəkistan və Belarus ŞƏT-in tamhüquqlu üzvüdür. 

.