Türkiyənin İzmir şəhərindəki Çeşmə bölgəsi sahillərində 19 qanunsuz miqrant xilas edilib.
Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
O bildirib ki, həyata keçirilən xilasetmə məliyyatları nəticəsində həmçinin 7 qanunsuz miqrantın meyiti aşkarlanıb.
Sağ tapılan qanunsuz miqrantların durumlarının normal olduğu bildirilir.
.