Türkiyə Rusiya və Almaniyanın energetika nazirlərinin görüşlərini təşkil etmək niyyətindədir.

Bunu İstanbul İqtisadi Sammitinin baş icraçı direktoru Abdullah Değer bildirib:

“Biz münaqişədə olan ölkələri və təşkilatları bir araya gətirə bilərik. Əslində, biz Almaniya və Rusiyanın energetika nazirlərini bir araya gətirmək istərdik. Bu, Türkiyə və İstanbul İqtisadi Zirvəsi üçün böyük uğur olacaq. Hətta tərəflərə də bunu təklif etmişəm. Onlar bunun qeyri-real olduğunu dedilər, amma hər şeyi 24 saat ərzində həyata keçirmək olar”.

Değer qeyd edib ki, sammit dekabrın 8-9-da İstanbulda Çırağan sarayında keçiriləcək. Onun sözlərinə görə, burada xarici şirkətlər, o cümlədən Rusiya şirkətləri fəal iştirak edəcəklər.

.