Rusiya sıradan bir dövlət deyil, güclü dövlətdir. Qərb, xüsusən də ABŞ Rusiyaya demək olar ki, amansız hücum edir.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan səfərindən geri dönərkən jurnalistlərə müsahibəsində deyib.

O qeyd edib ki, bu halda Rusiya müqavimət göstərir.

“Biz burada taxıl dəhlizinin açılmasından sonra sülh dəhlizini aça bilərik deyə düşünürdük. Bunun üçün ən yaxşı yol dialoqdan sülhə gedən yol ola bilər. Təbii ki, burada təkcə cənab Putinin fikirləri kifayət deyil. Zelenski ilə də danışacam”, - deyə o bildirib.

Ərdoğan əlavə edib ki, hal-hazırda ən vacib məsələlərdən biri Taxıl koridorunun işlək qalmasıdır.

.