NATO Türkiyənin gözləntilərini doğrultmur.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a yola düşməzdən əvvəl Esenboğa hava limanında keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bu bəzi məsələlərdə, o cümlədən Yaxın Şərqlə bağlı durumda özünü göstərir: “Biz bu istiqamətlərdə, müxtəlif səviyyələrdə müzakirələrimizi davam etdirəcəyik”.
Qeyd edək ki, R.T.Ərdoğan NATO ölkələrinin dövlət və hökumət başçılarının sammitində iştirak etmək məqsədilə ABŞ-yə gedir. Onun həmkarları ilə görüşü gözlənilir.
.