Türkiyənin Tekirdağ şəhərinin Çorlu bölgəsində mütəşəkkil cinayətkarlıqla mübarizə çərçivəsində həyata keçirilən “Mahzen-19” əməliyyatında 13 nəfər şübhəli şəxs saxlanılıb.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında yazıb.

 

Bildirilib ki, üç gün davam edən əməliyyatı Qaçaqçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi həyata keçirib.

.