Türkiyə ordusunun Liviyada qalmasına, hərbi əməliyyatlar keçirilməsinə dair icazənin müddəti daha bir illik uzadılır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərar Türkiyə Böyük Millət Məclisinə təqdim edilib.
Sənəddə qeyd olunub ki, Türkiyənin töhfəsi həm BMT sistemində, həm regional, həm də qlobal miqyasda və hərtərəfli mülki-hərbi əməkdaşlıq fəaliyyətləri ilə Liviyada sülhün və sabitliyin qorunması istiqamətində siyasətinin davam etdirilməsinə xidmət edir.
.
