
Türkiyə İsrailə Qəzzada atəşkəs və sülhə nail olmaq üçün çağırış edir.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr müşaviri Zeki Aktürk brifinq zamanı bildirib.
O, həmçinin mülki şəxslərə qarşı hücumların və əməliyyatların dərhal dayandırılması, Qəzzada təcili ehtiyacların ödənilməsi üçün yardımların daxil olmasına və yaralıların məhdudiyyətsiz çıxışına icazə verilməsinin təmin edilməsinin lazım olduğunu qeyd edib: “Fələstin məsələsi ədalətli şəkildə həllini tapmasa, bölgəmizdə daimi sülh mümkün olmayacaq”.
.