
BTürkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanda keçirilmiş "Mustafa Kamal Atatürk Təlimi"ndən görüntülər paylaşıb.
Bununla bağlı Nazirliyin “X” sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edilib:
“Bir ürək, bir yumruq! Qardaş Azərbaycan ordusu ilə birgə təşkil edilən və Hərbi Hava Qüvvələrimizin şəxsi heyətinin də xidmət göstərdiyi nəfəs kəsən görüntülər...”, - paylaşımda deyilir.
Qeyd edək ki, Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş birgə taktiki təlim 23-25 oktyabr tarixlərində Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilər də daxil olmaqla bir neçə istiqamətdə keçirilib.
.