
Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.
Yenizaman quruma istinadən xəbər verir ki, iclasda uçot dərəcəsi 5 faiz bəndi artırılaraq 35 %-dən 40 %-ə qaldırılıb.
Xatırladaq ki, uçot dərəcəsi TMB-nin bu il oktyabrın 26-da keçirilmiş iclasında 30 %-dən 35 %-ə çatdırılmışdı.
.