Ermənistan hazırda Xocalı qətliamının bədəlini ödəyir və ödəyəcək. Çünki Xocalıdan və başqa şəhərlərdən 1 milyon azərbaycanlı qovulub. İndi illər sonra Azərbaycan bu qətliamın qisasını fərqli şəkildə aldı. Torpaqlarını geri aldı.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O qeyd edib ki, ABŞ, Rusiya və Fransa Minsk üçlüyü olaraq məsələni həll edə bilməyib.
“Azərbaycan məsələni özü həll etdi. İndi Xocalıda kim var? Xocalının əsl sahibləri... Bütün şəhidlərə Allahdan rəhmət diləyirik. Azərbaycan Ordusu Xocalıya xaos, qan və ölüm deyil, sülh və əmin-amanlıq gətirmək üçün girdi. İllər əvvəl erməni quldur dəstələri kimi ora girməmişdi. İnsanları qırmağa getmirdi. O, haqq etdiyi sülh və əmin-amanlığı təmin etmək üçün Xocalıya daxil oldu. Arxasında qələbələrin müjdəsi ilə öz torpağına girdi. İndi Azərbaycanın suverenliyi altında həm Xocalı, həm də Qarabağ üçün daimi sülh və əmin-amanlıq zamanıdır. Ermənistanın vəzifəsi bu sülhü bərqərar etmək və qorumaq üçün sülhün tərəfində olmaqdır”, - o deyib.
.