Türkiyə bölgədəki hadisələrə qarşı yüksək səviyyədə hazırlıq tədbirləri görüb.
Bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik İran və digər qonşu ölkələrdə cərəyan edən hadisələrlə bağlı açıqlamasında deyib.
Ömer Çelik bildirib ki, bölgədə son dərəcə dinamik proseslər baş verir və Türkiyə bütün qonşu ölkələr, eləcə də yaxın coğrafiyada gedən proseslərlə bağlı hazırlıq səviyyəsini maksimum həddə çatdırıb.
Onun sözlərinə görə, əvvəllər həftələr və aylar ərzində baş verən proseslər bəzən artıq saatlar içində reallaşır.
“İran, Suriya və İraq sərhədlərindən tutmuş Qara dəniz və Şərqi Aralıq dənizindəki hadisələrə qədər bütün məsələləri çoxşaxəli şəkildə dəyərləndiririk. Təhlükəsizlik baxımından Türkiyə Silahlı Qüvvələri, diplomatiya və kəşfiyyat sahələrində, eyni zamanda, mümkün iqtisadi təsirlər nəzərə alınmaqla genişmiqyaslı hazırlıq işləri aparılır”, - AKP sözçüsü vurğulayıb.
İsrailin hərəkətləri İranda böhrana səbəb ola bilər.
Bu barədə Türkiyənin Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömer Çelik bildirib.
Çelik problemlərin yalnız İran hökuməti tərəfindən həll edilməsinin ən doğru addım olduğunu bildirib.
"Qonşumuz İranda xaos görmək istəmirik. Sabitlik region üçün vacibdir. Məsələlərin xarici müdaxilələrlə yox, İran hökumətinin öz iradəsi ilə həll olunması vacibdir. İsrailin İranla bağlı açıqlamaları regionda daha böyük problemlər yaradacaq bir yanaşmanı əks etdirir", - o qeyd edib.
.
