Türkiyə-İran sərhədində 800 kiloqramdan çox heroin ələ keçirilib.

“Anadolu” agentliyi verdiyi xəbərə görə, bu barədə Türkiyənin ticarət naziri Ruhsar Pekcan bildirib.

Onun sözlərinə görə, Türkiyənin İranla sərhədində yerləşən “Gürbulaq” sərhəd-keçid məntəqəsində 808 kq heroin ələ keçirilib.

Nazir qeyd edib ki, bu, Türkiyə gömrüyündə bu günədək ələ keçirilən ən böyük heroindir.

.