Türkiyə ilə İraq arasında hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq və terrorla mübarizə ilə bağlı anlaşma memorandumu imzalanıb.
Bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada iraqlı həmkarı Fuad Hüseyn ilə keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, bu sənəd son zamanlar iki ölkə arasında başladılan ortaq əməkdaşlıq və təhlükəsizlik addımlarını daha da dərinləşdirəcək.
.